Binəqədidə 11 yaşlı yeniyetmə yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Bir neçə avtomobilin toqquşması nəticəsində sərnişin, 2010-cu il təvəllüdlü Məlikzadə Ruqayyə Canbaxış qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər