Bakıda 10 yaşlı uşağı avtomobil vurub 

Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağamalıyeva R.A. qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər