​Bakıda avtomobil yanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Gecə saatlarında Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus “Opel” markalı minik avtomobili tam olaraq yanıb.

Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05