Bakı-Sumqayıt elektrik qatarı yolda qalıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı yolda qalıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıdan saat 18:30-da yola düşən qatar Xırdalan stansiyasını keçdikdən sonra elektrik enerjisinin verilişi dayandırılıb. 

Nəticədə qatar yarım saatdan çoxdur Ceyranbatan ərazisində qalıb və hərəkət edə bilmir. 

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18