Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yanğın baş verib - FOTO

Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaxınlığında inşa olunan yarımtikilidə baş verib. 

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğının söndürülməsi istiqamətində iş aparılır.

Yanğının səbəbləri hələlik məlum deyil. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47