Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar idarəsinə rəis təyin olunub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Kadrlar idarəsinə rəis təyin olunub.

"Report"un xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin edilib.

F.Allahverdiyev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib.

Digər xəbərlər