Bakı sakininin zirzəmisindən narkotik vasitə götürülüb

Bakı sakinindən narkotik vasitə aşkarlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Allahverdiyevin Nərimanov rayonu ərazisindəki evinin zirzəmisindən 105 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38