Bakı sakininin üz nahiyəsinə bıçaqla xəsarət yetirilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı sakininin üz nahiyəsinə bıçaqla xəsarət yetirilib.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu L.Tolstoy küçəsi ev 2-nin qarşısında qeydə alınıb.

Nüsrət adlı şəxs orada yaşayan 1982-ci il təvəllüdlü Ramin Qurbanovun üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

R.Qurbanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47