Bakı sakininə qarşı 50 min dollarlıq dələduzluq edilib

Bakı. 9 fevral. REPORT.AZ/ Bakı sakininə qarşı 50 min ABŞ dolları məbləğində dələduzluq edilib.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 1968-cü il təvəllüdlü Rasim Hüseynov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci ilin iyul ayında 1974-cü il təvəllüdlü Yelmar Cəfərov onu aldadaraq 50 min ABŞ dolları məbləğində pulunu alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47