Bakı sakininə qarşı 150 min dollarlıq dələduzluq edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Bakı sakininə qarşı 150 min dollarlıq dələduzluq edilib.

“Report” xəbər verir ki, paytaxt sakini 36 yaşlı Anar Şərifov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 1975-ci il təvəllüdlü Rövşən Əhmədov 2013-cü ilin may ayından bu ilin aprel ayınadək ondan 150 min ABŞ dolları dəyərində taxta alıb, amma pulunu indiyənədək ödəməyib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47