​Bakı sakinindən 5 kq narkotik maddə götürülüb

Bakı. 4 may. REPORT.AZ/ Hüquq mühafizə orqanları narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində gördüyü ardıcıl işləri davam etdirir.

“Report”un xəbərinə görə, növbəti əməliyyat zamanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 1957-ci il təvəllüdlü Vahid Bəhramovdan 5 kq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39