Qazaxa qonaq gedən Bakı sakini dəm qazından zəhərlənib

Qazax rayonunda yaşayan qohumlarının evinə qonaq gələn Bakı şəhər, Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Ş.Quliyev dəm qazından zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Birinci Şıxlı kəndində qeydə alınıb. O, yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər