Bakı sakini piyada keçidindən keçərkən ölüb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda yolu keçən şəxs qəfildən dünyasını dəyişib.

"Report"un məlumatına görə, hadisə 20-ci sahə adlanan ərazidə qeydə alınıb.

1957-ci il təvəllüdlü Cəfərov Vəli Lətif oğlu Bibiheybət prospektində yolun bir tərəfindən digərinə keçərkən qəfildən yerə yıxılıb.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının həkimləri onun infarktdan öldüyünü müəyyən ediblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26