Bakı sakini özünü bıçaqlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı sakini özünü bıçaqlayıb.  

Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda, Kaçalov küçəsi ev 14, mənzil 5 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdü Zakir Əliyev naməlum şəraitdə qarın nahiyəsindən özü-özünə bıçaqla xəsarət yetirib. Z.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14