​Bakı sakini mənzilində ölmüş vəziyyətdə tapılıb

Bakı. 25 may. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Onlar mənzilin qapısını açaraq 1939-cu il təvəllüdlü Salmanova Elza Süleyman qızının cəsədini aşkar ediblər və meyiti aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37