Bakı sakini kirayənişinin qaldığı evi yandırıb, bir nəfər ağır yanıq xəsarətləri alıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakıda ev sahibi kirayənişinin qaldığı evi yandırıb. 

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda, "Nigar" şadlıq sarayının arxasındakı evlərdən birində qeydə alınıb. 

Belə ki, ev sahibi həm evin içərisinə, həm də kirayənişin üzərinə benzin tökərək yandırıb. 

Nəticədə 23 yaşlı kirayənişin Ramin İsmayılov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14