Bakı sakini Hacıqabulda qəzaya düşüb, vəziyyəti ağırdır

Kürdəmir. 9 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda "NAZ-Lifan" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. "Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padarçöl adlanan ərazisində baş verib.

Bakı şəhər sakini 31 yaşlı Vahid Valeh oğlu Əhmədov idarə etdiyi "NAZ-lifan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və  Balakən rayonu Qazma kənd sakini , 1972-ci il təvəllüdlü Şahin Ziyadxan oğlu İbrahimovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan "NAZ-Lifan"-nın sürücüsü V.Əhmədov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47