Bakı sakini ehtiyatsızlıq nəticəsində xəsarət alıb

Bakı sakini ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsi, "Atçılıq" adlandırılan ərazidə 1985-ci il təvəllüdlü Məmmədov Elçin Aydın oğlu elektrik mişari ("laqonda") ilə işləyərkən sol biləyini kəsib. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub.

Ramin Şahbazov

Xəbər lenti