Bakı. 9 avqust. REPORT.AZ/ Bakı-Quba yolunun 118-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şabran rayonunun Taxtakörpü qəsəbəsində 1992-ci il təvəllüdlü İlkin Elçin oğlu Muradova məxsus “Toyota” markalı minik avtomobili yol kənarındakı dəmir baryerə çırpılıb.
FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Məlum olub ki, avtomobilin sürücüsü Muradov vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalan meyiti avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:54-də başa çatıb.