Bakı-Quba yolunda avtomobil piyadanı vurub

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllimov Cavanşir Əlizadə oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29