Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş DYP İdarəsindən "Report"un yerli bürosuna məlumat verilib ki, hadisə yolun 15-ci kilometrində, Abşeronda qeydə alınıb.

1991-ci il təvəllüdlü Qurban Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil yol keçən naməlum piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

İsmayıllıda zəlzələ olub 24 aprel, 2025 / 14:40