Bakı-Quba yolunda 10-a yaxın maşın toqquşub

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı-Quba magistral yolunda ən azı 10 maşının iştirakı ilə iki zəncirvari qəza baş verib.

"Report" xəbər verir ki, "Mercedes", KİA, "VAZ-2107" və "Opel" markalı maşınların iştirakı ilə qeydə alınan qəzaların birində 4, digərində 5 maşın toqquşub.

Hadisələr nəticəsində ölən və yaralanan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Əraziyə YPX əməkdaşları cəlb olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47