Tovuz. 24 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə iki nəfər - 1977-ci il təvəllüdlü Hüseyn Rüstəm oğlu İsgəndərov və 1979-cu il təvəllüdlü Kamran Yusibov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, hər iki yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.