Goranboy. 10 avqust. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Şəmkir istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq "Kamaz" markalı yük avtomobilinin arxasına çırpılıb. Nəticədə "Mercedes-Benz"in sürücüsü Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Həsənov Elçin aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.