Bakı-Qazax yolunda avtomobil qəzası baş verib: xəsarət alanlar var - YENİLƏNİB

Şəmkir. 17 sentyabr. REPORT.AZ/ Bakı-Qazax yolunun Şəmkir rayonunun Sabir kənd ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Şəmkir rayon sakini, 1941-ci il təvəllüdlü, Fərhad Teymur oğlu Kamranlı və onun həmyerlisi, 1948-ci il təvəllüdlü Əli Həsən oğlu Həşimov xəsarət alıblar.

Məlumata görə, onlar hüzr mərasiminə gedirmiş. Sürücü avtomobilə idarəetməni itirdiyindən nəqliyyat vasitəsi maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


***21:00

Bakı-Qazax yolunda avtomobil qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunun Sabir kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə dövlət yol polisi əməkdaşları və təcili yardım maşını cəlb olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47