Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu, Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Rəşid Hacızadə xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun bud sümüyünün sındığı məlum olub və əməliyyat edilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.