Goranboy. 8 mart. REPORT.AZ/ Goranboy rayonunun Borsunlu kənd ərazisində yol-nəqliyyat hadisəsi zamanı ölən kişinin şəxsiyyəti müəyyənləşib.
Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, ölən şəxs 1965-ci il təvəllüdlü Mahmudov Tarif Cəfər oğludur.
Meyit yaxınlarına təhvil verilib.
Xatırladaq ki, martın 5-də 1974-cü il təvəllüdlü, Gürcüstan vətəndaşı Masim Gradjov idarə etdiyi “Volvo S80” markalı avtomobillə T.Mahmudovu vuraraq öldürüb və sonra hadisə yerindən qaçıb. Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxs saxlanılıb.