Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub - VİDEO

Yevlax. 29 iyun. REPORT.AZ/ Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47