Bakı-Gəncə aviareysi təxirə salınıb

Gəncə. 8 fevral. REPORT.AZ/ Bakı-Gəncə aviareysi təxirə salınıb.

"Report"un Qərb bürosu xəbər verir ki, saat 8:00-dan Bakıdan həyata keçirilməli olan təyyarə reysi Gəncə Hava Limanında qatı duman səbəbi ilə təxirə salınıb.

AZAL-ın mətbuat xidmətindən "Report"a bildirilib ki, təyyərənin növbəti uçuş vaxtı hələlik müəyyən edilməyib: "Nə vaxt duman çəkilsə, uçuş həyata keçiriləcək". 

Digər xəbərlər