Bakı çimərliklərində batmaqda olan 3 nəfər xilas edilib

Bakı. 6 avqust. REPORT.AZ/ Bu gün Bakının Zağulba, Mərdəkan sahillərində çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib.

“Report” xəbər verir ki, xilasetmə əməliyyatları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilib.

Hadisələr xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə qeydə alınıb. 

Digər xəbərlər