Bakı aeroportunda ölüm hadisəsi baş verib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

Xəzər rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, İraq vətəndaşı 1953-cü il təvəllüdlü Said İbrahim Məhəmməd aeroportda dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37