Badamdarda yenidən sürüşmə olub - FOTO - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov "Report"a açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:

"Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq".


*** 15:14

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

"Report"un xəbərinə görə, sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.

Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən əraziyə yollanıb.

Digər xəbərlər