Babək rayonunda avtomobil aşıb, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda avtomobil aşıb, iki nəfər xəsarət alıb.

"Report"un yeri bürosu xəbər verir ki, Badaşqan kəndində 67-BK-444 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində rayonun Sirab kənd sakinləri - 2000-ci il təvəllüdlü İbrahimov Ramin Ağalar oğlu və 2001-ci il təvəllüdlü Səfərli Ənvər Şahin oğlu xəsarət alıblar.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar və Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26