Azərbaycanla Koreya arasında gömrük məsələlərində qarşılıqlı yardım haqqında saziş təsdiqlənib

Bakı. 29 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Koreya Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

“Report”un xəbərinə görə, fərmanla Azərbaycan Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, saziş bu il iyunun 29-da Brüssel şəhərində imzalanıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14