Bakı. 11 avqust. REPORT.AZ/ "Şahdağ” qış-yay turizm kompleksindən oğurluq hadisəsi olub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə avqustun 9-da baş verib.
Məlumata əsasən, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Şahdağ” qış-yay turizm kompleksinin ərazisindən 420 metr elektrik kabeli oğurlayan qrupun digər üzvləri - rayon sakinləri Fariz Qırxlarov və Elşad Hacıverdiyev tutulublar.
Faktla bağlı araşdırma aparılır.