Azərbaycanın İstanbuldakı konsulluğu: Rövşən Lənkəranski vəfat edib

İstanbul. 18 avqust. REPORT.AZ/ Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi barədə xəbər dəqiqdir.

Bu barədə “Report”un Türkiyə bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.

“Biz bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə də məlumat vermişik”, - deyə konsulluqdan vurğulanıb.

Azərbaycan XİN-dən isə açıqlama almaq mümkün olmayıb. Nazirlikdən bildirilib ki, XİN-in mətbuat katibi Hikmət Hacıyev məzuniyyətdədir.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41