Azərbaycanın axtarışa verdiyi Avstriya vətəndaşı Sloveniyada saxlanılıb

Azərbaycan dövlətinin axtarışa verdiyi əcnəbi tutulub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə İnterpol xətti üzrə beynəlxalq axtarışda olan Avstriya vətəndaşı Traun Aleks Yihan Sloveniyada saxlanılıb.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14