Azərbaycanda qanunsuz yaşayan 78 miqrant saxlanılıb

Bakı. 17 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan, ümumilikdə, 87 əcnəbi saxlanılıb.

DMX-dan "Report"a verilən məlumata görə, onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 78-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48