Azərbaycanda Əməkdar artist vəfat edib

Əməkdar artist Zilli Namazov uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Report” xəbər verir ki, bu barədə aktyor, Xalq artisti Kazım Abdullayev sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

O bildirib ki, Əməkdar artist axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976-cı ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41