Azərbaycanda elektrovoz ana və övladını vurub

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda elektrovoz ana və övladını vurub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Xırdalan dəmir yolu stansiyasının ərazisində elektrovozla şəhər sakinləri Əfsanə Məmmədova və oğlu Fuad vurulub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47