Azərbaycanda 5 maqnituda gücündə zəlzələ olub - VİDEO

Qax. 5 iyun. REPORT.AZ/ Azərbaycanın Şimal-Qərb bölgəsində 5,1 maqnituda gücündə zəlzələ olub.

“Report”un Şimal-Qərb bürosu xəbər verir ki, yeraltı təkanlar saat 22:40 radələrində qeydə alınıb və 1 dəqiqəyə yaxın davam edib.

Yeraltı təkanlar Qaxla yanaşı, Şəki Zaqatala, Gəncə və digər ətraf rayonlarda hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47