​Azərbaycanda 5 bal gücündə zəlzələ olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Azərbaycanda zəlzələ olub.

"Report" AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:30 radələrində Qubadan 27 km cənub-şərqdə, Quba ərazisində qeydə alınıb.

Zəlzələ episentirdə 5 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41