Azərbaycanda 3 yaşlı qız su kanalına düşərək boğulub

Bakı. 18 fevral. REPORT.AZ/ İmişli rayonunda 3 yaşlı qız su kanalına düşərək boğulub. “Report”un xəbərinə görə, İmişli rayonunun Oruclu kənd sakini, 3 yaşlı Mələk Mənsimova yaşadığı evin yaxınlığından keçən “Şor” su kanalına düşərək boğulub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47