Masallıda 1 yaşlı körpə ikinci mərtəbədən yerə yıxılıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Masallı rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yerə yıxılaraq ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, 2015-ci il təvəllüdlü Məmmədov Məhəmməd Araz oğlu ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtbəsinin pəncərəsindən yerə yıxılıb.

Nəticədə 1 yaşlı körpə ağır xəsarət alıb. O, Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47