Azərbaycan vətəndaşının mədəsindən 25 büküm heroin çıxıb

Bakı. 15 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47