Azərbaycan ordusu desantçıxarma əməliyyatları üzrə taktiki-xüsusi təlim keçirib

Bakı. 19 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimdə tədqiqat qruplarının formalaşdırılması, əməliyyat keçiriləcək əraziyə çıxışı və desantçıxarma əməliyyatlarının keçiriləcəyi ərazilərdə dərinlikölçmə və geodeziya ölçmələri icra edilib.

Hərbi hissə komandanlığı təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14