“Azərbaycan İnvestisiya Şirkəti” auditor axtarır

Bakı. 5 fevral. REPORT.AZ/ “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 2018-ci il üçün vergi qanunvericiliyinə uyğun hazırlanmış vergi bəyannamələrinin auditi üzrə xidmətlərin kotirovka üsulu ilə satın alınmasını həyata keçirir.

ASC-dən “Report”a verilən məlumata görə, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 07.02.2019-cu il saat 17:00-dək qəbul olunur.

Maraqlanan şirkətlər 488-80-10 telefon nömrəsi ilə əlaqə saxlaya bilər. 

Digər xəbərlər