Azərbaycan gömrükçüləri Rusiya vətəndaşında bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar ediblər

Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya vətəndaşının üzərindən 610 qram qızıl-zinət əşyaları aşkar edilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, qızıl-zinət əşyaları Azərbaycandan Rusiya istiqamətinə gedən Rusiya vətəndaşının üzərində aparılmış şəxsi yoxlama zamanı onun əynindəki gödəkçənin ciblərindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54