Azərbaycan gömrükçüləri pirotexniki məmulatlar aşkar edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan bildirilib. 

Məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərində 24 min ədəd pirotexniki məmulatlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47