Bakı sakininə qarşı 400 min manat dələduzluq edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı sakininə qarşı 400 min manatlıq dələduzluq edilib.

"Report"un əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Məmmədov Xanmirzə Şahbaz oğlu Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsinə (PB)  ərizə yazaraq bildirib ki, 2013-cü ildə tanışı 1966-cı il təvəllüdlü Muradov Hümbət Mustafa oğlu Rusiya Federasiyasının Krasnodar şəhərində birgə armatur biznesi qurmaq adı ilə ondan 400 min manat alıb və indiyə kimi geri qaytarmayıb.

Zərərçəkmiş X.Məmmədov 2005-ci ilə kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu İdarəsinin bölmə rəisi vəzifəsində çalışıb. 2016-cı ildən o, “Azərbaycan Dəmir Yolları” QSC-də işləyir.

H.Muradov isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert kimi fəaliyyət göstərib. Hazırda o, Türkiyədə şəxsi bizneslə məşğul olur.

Faktla bağlı Nərimanov RPİ-də araşdırmalar aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14